İngiltərə nəhəngi Arda Gülərə "elçi düşdü"

İngiltərənin "Arsenal" klubu "Real Madrid"in türkiyəli futbolçu Arda Gülər ilə maraqlanır.

Metbuat.az xəbər verir ki, "Arsenal" Ardanın "Real"da çətinliklər yaşadığını düşünərək onu icarəyə götürməyi planlaşdırır.

İspaniyanın "Sport" nəşrinin iddiasına görə, Arda Gülər bu mövsüm "Real Madrid"də az oynadığı üçün məyusdur. "Real Madrid" Norveç futbolunun ən böyük istedadlarından biri olan Martin Odegaard-ı 16 yaşında heyətinə qatmışdı. Lakin Odegaard burada kifayət qədər şans qazanmadığı üçün "Real Sociedad"a icarəyə göndərilmiş, daha sonra "Arsenal"a keçmişdi. Hazırda Odegaard "Arsenal"ın kapitanı və liderlərindən biridir.

Qeyd edək ki, Arda Gülərin "Real Madrid" ilə müqaviləsi 2029-cu ilə qədərdir. Klubun heyətinə 2023-cü ildə "Fənərbağça"dən qatılan futbolçu indiyə qədər 24 oyunda iştirak edib, 6 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı