Avropada futbol oynamaq istəyən Sadio Mane “Əl-Nəssr” klubundan ayrılmaq istəyir.
Metbuat.az xəbər verir ki, aldığı yüksək maaşa baxmayaraq azarkeşlərin və texniki heyətin gözləntilərini doğrultmadığı üçün tənqid olunan hücumçu Türkiyədə futbol oyanaya bilər. Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, Sadio Mane “Beşiktaş” klubuna transfer olmaq üzrədir. Tərəflərin bir sıra məsələlərdə razılığa gəldiyi iddia edilir. Bildirilir ki, “Əl-Nəssr”lə 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun transfer haqqında razılıq əldə olunmasa, o “Beşiktaş”a icarə əsasında qoşula bilər. Bu keçidin mövsümün fasiləsində reallaşa biləcəyi deyilir.
Türkiyə mediasının məlumatına görə, “Fənərbaxça” və “Qalatasaray”ın heyəti gücləndirmək üçün təşəbbüslər irəli sürməsindən sonra “Beşiktaş” geri qalmaq istəmir və heyəti ulduz futbolçu ilə gücləndirmək istəyir.