Hər gün süd içmək qadınlarda bu xəstəliyə səbəb olur

Gündə iki stəkandan çox süd içmək qadınlarda ürək-damar xəstəliklərinin riskini artırır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, Yeni aparılan tədqiqatın nəticələrini İsveçrənin Uppsala Universitetinin alimləri açıqlayıb.

100 775 nəfərin iştirak etdiyi geniş araşdırmanın elmi məqaləsi BMC Medicine jurnalında dərc olunub.

33 il çəkən tədqiqatda diqqət çəkən məqam isə, kişilərdə oxşar fəsadlar aşkarlanmamasıdır.

Təhlillər göstərdi ki, qadınlar süddən çox, fermentləşdirilmiş süd məhsulları istehlak etməyə üstünlük verirlər.

Müəlliflər mayalanmamış və fermentləşdirilmiş süd məhsulları arasındakı fərqlərə xüsusi diqqət yetirib.

Birinci qrupda adi süd, qaymaq və yağ - müxtəlif yağ tərkibli pasterizə olunmuş süddən hazırlanan məhsulları istehlak edənlər tədqiq olunub.

İkinci qrupda kəsmik, qatıq və pendir kimi fermentləşdirilmiş məhsullardan istifadə edən insanlar araşdırılıb.

Tədqiqat zamanı 17 896 ürək-damar xəstəliyi, o cümlədən 10 714 miokard infarktı kliniki təsdiqlənmiş hal qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı