“Fənərbaxça” mövsümün fasiləsində “Mançester Yunayted”in cinah oyunçusu Antonini heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, futbolçunun menecerləri İstanbula gələrək “Fənərbaxça”nın transfer komitəsi ilə görüşüb. Məlumata görə, danışıqlar məhsuldar keçib. Menecerlər, ingilis klubunun "Ayaks"dan 95 milyon avroya transfer etdiyi ulduz futbolçunu baş məşqçi Joze Mourinyonun razılığı halında, münasib qiymətə “Fənərbaxça”ya icarəyə verə biləcəklərini bildiriblər, Məlumata görə, müqavilədə Türkiyə klubunun futbolçunu birdəfəlik ala bilmək hüququ da olacaq.
Qeyd edək ki, Antoninin hazırki transfer dəyəri 45 milyon avrodur.