Türkiyənin Antalya şəhərində 6 uşaq anası əri tərəfindən öldürülüb.
Metbuat.az DHA-ya istinadən xəbər verir ki, hadisə Muratpaşa rayonunda baş verib. Abdullah P. mübahisə zamanı həyat yoldaşı Hale Akbaş P.-ni güllələyərək həyatına son qoyub. Qətli törədən ər adisədən iki saat sonra polis idarəsinə gedərək təslim olub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Abdullah P.-nin qısqanclıq səbəbilə həyat yoldaşına uzun müddət psixoloji təzyiq göstərdiyi, onu evdən çıxmağa qoymadığı iddialar arasındadır.
Faktla bağlı istintaq davam edir.