Adı “Qalatasaray”la da hallanan Antuan Qrizmann "Atletiko Madrid"dən ayrılmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, İspaniya mediası ulduz futbolçunun transfer olacağı yeni klubun adını da açıqlayıb. Məlumata görə, futbolçu MLS-ə transfer olmaq istəyir. İddialara görə, Qrizmann “Los Anceles” klubu ilə danışıqlar aparır. Müzakirələrin məhsuldar keçdiyi bildirilir. MLS komandası bu transferi tamamlamaq üçün sıx səy göstərir. Həmçinin, “Qalatasaray”ın da futbolçunu transfer etməyə çalışdığı deyilir. Bildirilir ki, “Qalatasaray” Qrizmannı Mertensin əvəzinə transfer etmək istəyir.
Qeyd edək ki, Antuan Qrizmannın "Atletiko Madrid"lə 2026-cı ilə qədər müqaviləsi var. Bu mövsüm "Atletiko Madrid"də 19 matçda forma geyinən Antuan Qrizmann, 5 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.