Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmayıb.
Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitinə uyğun qurub.