Suriyada Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplar Hələb və İdlib vilayətlərinin ardınca Həma vilayətinə daxil olub.
Metbuat.az xəbər verir ki, Əsəd rejimi qüvvələri ilə vuruşan Heyət Təhrir Şam qruplaşmasının rəhbərlik etdiyi qruplar Həma əyaləti istiqamətində bəzi kiçik yaşayış məntəqələrini ələ keçirib. Məlumata görə, müxaliflər daha 16 yaşayış məntəqəsin rejim güclərindən geri alıblar. Müxaliflərin qurduqları xüsusi birliklər Həma şəhərinin mərkəzi və ətrafına kamikadze dronlarla hücumlar təşkil edir.
Bildirilir ki, bundan əvvəl silahlı qruplar Hələbin şəhər mərkəzinin böyük hissəsini və İdlib vilayətini isə tamamilə rejim qüvvələrindən geri alıblar.