Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Bankdan bildirilib ki, hərracda tələb 58,7 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.