AFFA İntizam Komitəsi "Sumqayıt" və "Çinar" klublarının baş məşqçilərini 5 oyunluq diskvalifikasiya edib.
Metbuat.az xəbər verir ki, Gənclər Liqasında keçirilən "Sumqayıt" - "Zirə" oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədib. Çalışdırıcı 5 oyunluq diskvalifikasiya edilib.
U-14 Liqasında "Çinar" və "Azəri" arasında Gəncə derbisi də qalmaqalla yadda qalıb. "Çinar"ın baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə ona qırmızı vərəqə verilib.
Qeyd edək ki, İntizam Komitəsi Elçin Quzriyanini də 5 oyunluq cəzalandırıb.