Tanınmış yutuber öldürüldü

Amerikalı yutuber Elliot İstman Filippində qaçırılaraq öldürülüb.

Metbuat.az xəbər verir ki, onun cəsədi dənizə atılıb. Cəsədin axtarışları davam edir. Məlumata görə, İstman həyat yoldaşı Karişa ilə birlikdə olarkən 4 silahlı tərəfindən qaçırılıb. Hücum edənlər özlərini polis işçisi kimi təqdim edərək evə daxil olublar və İstman müqavimət göstərəndə onun ayağından atəş açıblar. Məlumata görə, yaralı halda gəmiyə mindirilən İstman qaçırılarkən həyatını itirib. Polis şahidin ifadəsinə əsaslanaraq, İstmanın qaçırılarkən öldüyünü və cəsədinin dənizə atıldığını bildirib. Hadisə yerinin araşdırılması zamanı İstmanın yaralandığı yerdə qan izləri və M16 tüfənginin boş patronu aşkar edilib. Hadisədən sonra Mindanao adasında Filippin polisi ilə silahlı qruplararasında toqquşmalar baş verib.

Qeyd edək ki, oğurlanmazdan əvvəl İstman sosial media paylaşımlarında yaşadığı ərazidə həyatının təhlükədə olduğunu bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı