Həmanın mərkəzini ələ keçirdilər, Dəməşqə az qaldı

Suriyada Bəşər Əsəd rejiminə qarşı silahlı qruplar Həma şəhərinin mərkəzinə daxil olub.

Metbuat.az xəbər verir ki, vilayətin ətrafında üsyançılarla Suriya rejimi qüvvələri ilə qarşıdurmalar davam edir. Heyət Təhrir əş-Şamın başçılıq etdiyi rejim əleyhinə qruplar Həma vilayətinin mərkəzini bir neçə istiqamətdən mühasirəyə alıb. Ordu mühasirəyə düşməmək mövqelərini tərk edib. Üsyançılar şəhər mərkəzindəki Mezarib, Sanayi və Ərbəin məhəllələrini ələ keçiriblər. Rejim əleyhdarı qrupların qurduğu “Əməliyyat Komitəsi”nin komandiri Həsən Əbdülqəni sosial media hesabında, “Tanklarla Həmaya girdik. Hafiz Əsədin tanklarla girib talan və qırğınlar törətdiyi Həmaya azadlıq gətirdik” - deyə bildirib.

Qeyd edək ki, Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı isə Tel Rıfat terrorçulardan geri alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı