​"Qalatasaray" İbrahim Hacıosmanoğlunu istefaya çağırdı

"Qalatasaray" Türkiyə Futbol Federasiyası prezidenti İbrahim Hacıosmanoğlunu istefaya dəvət edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın sosial media hesabında paylaşım edilib. Paylaşımda deyilir ki, İbrahim Hacıosmanoğlunun televiziya kanalında verdiyi açıqlamalar əsassızdır. Açıqlamada bildirilir ki, İbrahim Hacıosmanoğlu subyektiv və ədalətsiz açıqlamaları ilə tərəfsiz olmadığını ortaya qoyub.

İbrahim Hacıosmanoğlu isə "Qalatasaray"ın açıqlamalarına, "İstefamı burada açıqlamalıyam, yoxsa dostlarımla görüşərək elan edim? İdarə Heyətindən soruşmasaydım, ayıb olardı. Övladlarıma ləyaqətli miras qoyacam. Dursun Özbəkin mənim üçün heç bir hörməti qalmadı” - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı