ABŞ-ın B-52 ağır bombardmançı təyyarəsi Suriya və İraqda uçuşlar həyata keçirməyə başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama verib. Açıqlamada deyilir ki, B-52 ağır bombardmançı təyyarəsi Suriya və İraqda patrul xidmətinə başlayıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ-ın bölgədəki qüvvələri Suriyadakı gərginliklə bağlı həyəcan təbili çalıb.
Qeyd edək ki, Suriyada Əsəd rejimi ilə rejim əleyhdarı “Heyət Təhrir əş-Şam” (HTŞ) arasında qarşıdurma gedir. Müxalif qüvvələr bir sıra vilayətləri ələ keçiriblər. Üsyançılar Dəməşqə doğru irəliləyir. Rejimi əleyhdarları Dəməşq istiqamətində olan iri vilayətləri nəzarət altına alıb. “Heyət Təhrir əş-Şam”ın açıqlamasına görə, məqsəd Bəşər Əsədi devirməkdir.