Aksiyalarda yaralanan polislərin sayı 150-i keçdi

Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb.

Metbuat.az report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

“Etirazlarda zorakı qruplar “Molotov kokteylləri” adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar”, - Daraxvelidze vurğulayıb.

Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı