Baas rejiminin sona çatması ilə Suriyada sülh və əmin-amanlığa gedən yol açıldı.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Türkiyə, Suriyada insanlıq sınağından uğurla çıxdığı yerlərdən biridir və Türkiyə Suriya böhranına hər zaman vicdanla yanaşıb. Müxalifətin suriyalı qaçqınlarla mövqeyini tənqid edən Ərdoğan bildirib ki, CHP başqanı nasist, irqçi, nifrət dolu çıxışlarla milləti coşdurmağa çalışıb. Ərdoğan Türkiyədə, yurd-yuvasını, yurdunu tərk etmək məcburiyyətində qalan məzlum insanlara qarşı vicdansız hücumlar edildiyini ifadə edib. Prezident suriyalı qaçqınların müharibə vaxtı geri qayıtması üçün təzyiqlər edildiyini qeyd edib. Ərdoğan, “Bəs axırda nə oldu? Vicdan qazandı, insanlıq qazandı, mərhəmət qazandı, həmrəylik qazandı. Mühacirləri bilərəkdən ölümə göndərmək istəyənlər həm seçkilərdə, həm də insanlıq sınağında uduzdular” - deyə bildirib.
Ərdoğan Suriyada rejimin devrilməsindən sonra qaçqınların doğma yurdlarına qayıtmaq üzrə olduğunu ifadə edib.