Suriyada yeni administrasiya Dəməşq beynəlxalq hava limanına nəzarəti ələ alıb.
Metbuat.az xəbər verir ki, hava limanı təmizlik işləri aparılandan sonra beynəlxalq uçuşlara açılacaq. Məlumata görə, rejim devriləndən sonra Əsədə sadiq təhlükəsizlik qüvvələri və şəxsi heyət geri çəkildikdən sonra hava limanı fəaliyyətini dayandırıb. Suriyada hakimiyyəti ələ keçirən Heyət Təhrir əl-Şamın təhlükəsizlik rəsmisi Ömər Əl Şami Dəməşq hava limanının bərpasının beynəlxalq əlaqələr üçün önəmli olduğunu bildirib.
Qeyd edək ki, Dəməşqdə həyat artıq normala qayıdır. Paytaxtın məşhur ədviyyat və taxıl bazarlarından olan Bzuriyeh bazarında dükanlar fəaliyyətini bərpa edir. Banklar və dövlət qurumları da yenidən açılıb.