Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Metnuat.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Fernandu Santuşun baş məşqçi olduğu yığma Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya kollektivləri ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları 2025-ci ilin martında start götürəcək. Qrup birinciləri mundiala birbaşa vəsiqə əldə edəcəklər. İkinci pillənin sahibləri isə pley-offda oynamaq hüququ qazanacaqlar.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Mundiallar tarixində final mərhələsi ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.