Bakı, 8 iyun, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə rayonun Köhnə Xaçmaz kəndində işgüzar forum keçirilib. Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market"in, çörək istehsalı, bağçılıq təsərrüfatlarının, pendir istehsalı və ət kəsimi müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, faks: (012) 432-37-17,
e-mail: info@anfes.gov.az