İstirahət mərkəzində 12 meyit aşkarlandı

Gürcüstanda Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var.

Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən Hindistan restoranında vaş verib.

Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir.

Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.

Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmadığından ölümlərin dəm qazındən zəhərlənmədən baş verməsi ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR