​Suriyada yeni hakimiyyətin 15 tərəfdarı öldürüldü

Suriyanın yeni hakimiyyətinin tərəfdarlarından ibarət dəstə Latakiya şəhəri yaxınlığında pusquya düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Silahlı hücum nəticəsində azı 15 döyüşçü həlak olub.

Qeyd edək ki, Latakiya Dəməşqdən 320 km aralıda yerləşir.

Hücum Mzeira bölgəsində qeydə alınıb, hələlik heç bir qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR