Bakı-Sumqayıt şosesində, Xırdalan dairəsi ətrafındakı körpüdən özünü atan 1981-ci il təvəllüdlü Ramin Orucovun vəziyyəti ağır stabil qiymətləndirilir.
Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)dən bildirilib.
"1981-ci il təvəllüdlü (kişi cinsli) şəxs 28 dekabr saat 14:30-da təcili tibbi yardım briqadası vasitəsilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri ilə zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti ağır stabil qiymətləndirilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə edilib",- deyə məlumatda qeyd olunur.