Almaniya və Fransa XİN rəhbərləri Dəməşqə getdi

Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.

Annalena Berbokla Jan Noel Barronun səfərində məqsəd ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparmaqdır.

Fransanın Xarici İşlər Nazirliyinin məlumatında Suriyanın yeni rəhbərliyindən gender bərabərliyinin təminatı, eləcə də dini və etnik qrupların müdafiəsi üzrə əməli addımlar gözlənildiyi açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı