"Çelsi" klubunun mərkəz müdafiəçisi Uesli Fofananın zədə səbəbindən mövsümü erkən başa vura bilər.
Metbuat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska açıqlama verib. Fransalı futbolçunun bud nahiyəsindən aldığı zədə ciddi xarakter daşıyır və onun yenidən meydana çıxması çətin görünür.
Qeyd edək ki, Fofana cari mövsümdə İngiltərə Premyer Liqasında 12 oyunda iştirak edib.