Ukrayna hərbçiləri Kursk vilayətində genişmiqyaslı hücuma keçib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Sudja şəhərindən Bolşoy Soldatskoye kəndi istiqamətində hücuma keçib.
Hazırda Sudjanın şimal-şərqindəki Berdin kəndi yaxınlığında döyüşlər gedir. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edirlər.