Türkiyə nəhəngi "Barselona"nın futbolçusunu istəyir

Super Liqa nəhəngi “Beşiktaş”, “Barselona”da heyətə düşə bilməyən Ansu Fatini transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” futbolçunu birdəfəlik transfer etməkdə maraqlı deyil. “Takvim” qəzetinin məlumatına görə, Super Liqa nəhəngi Ansu Fatini ilin sonuna qədər icarə əsasında heyətinə qatmaq istəyir. İddialara görə, bununla bağlı təklif irəli sürülüb. Futbolçunun adı “Fənərbaxça” ilə də hallanmışdı.

Qeyd edək ki, bundan əvvəl “Barselona”nın Ansu Fatini klubdan göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Klub rəhbərliyi futbolçuya özünə klub tapmasını istəyib. İddia edilir ki, rəhbərlik futbolçuya klubda qalacağı təqdirdə heyətə düşə bilməyəcəyini ifadə edib. Ansu Fati bu mövsüm "Barselona"nın heyətində 8 matçda 186 dəqiqə forma geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı