Sosialist Əməyi Qəhrəmanı vəfat etdi

Oğuzda Sosialist Əməyi Qəhrəmanı vəfat edib.

Metbuat.az-ın Reporta istinadən məlumatına görə, Ziyafət Mustafa qızı Əliyeva uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1945-ci il Oğuz rayonunun Qarabaldır kəndində doğulub. Z.Əliyeva tütünçü olub və səmərəli fəaliyyətinə görə "Sosialist Əməyi Qəhrəmanı", "Qırmızı Əmək Bayrağı Ordeni", iki dəfə "Lenin" Ordeni ilə təltif olunub.

Z.Əliyeva Prezident təqaüdçüsü idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı