​Gənc qadın siçan dərmanından öldü

Qazaxda zəhərlənmə hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı