"Yuventus"un “Barselona”ya Ronaldo Araujo üçün irəli sürdüyü təkliflə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, “Barselona” "Yuventus"dan Ronaldo Araujo qarşılığında Kenan Yıldızı tələb edib. İddia olunur ki, Hansi Flik Kenanı Almaniyada işləyəndən bəri izləyir və onu heyətinə qatmaq istəyir. Lakin “Yuventus"un “Barselona”nın tələbini rədd etdiyi deyilir.
Qeyd edək ki, “Yuventus” 10 nömrəli formanı verdiyi Kenan Yıldızı klubun önəmli futbolçularından hesab edir. “Yuventus”un “Barselona”ya Ronaldo Araujo üçün 35 milyon avro təklif etdiyi irəli sürülüb. Mundo Deportivo”da dərc edilən xəbərə görə, "Barselona" Araujonu klubun vacib futbolçusu hesab edir. Buna görə də, klub futbolçunu asanlıqla əldən buraxmaq istəmir.