"Fənərbaxça" ulduz futbolçunu transfer etdi

"Fənərbaxça" Milan Şkrinyarla razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano açıqlama verib. O bildirib ki, futbolçu Türkiyəyə yollanıb. Məlumata görə, "Fənərbaxça" PSJ-nin futbolçusunu icarə əsasında heyətinə cəlb edib. "Fənərbaxça" klubu da futbolçu ilə danışıqlara başladığını ictimiayyətə açıqlayıb. "Fənərbaxça" futbolçunun danışıqlar aparmaq üçün İstanbula gəldiyini bildirib. Məlumata görə, futbolçu mövsümün sonuna qədər Türkiyə nəhənginin formasını geyinəcək.

Qeyd edək ki, təcrübəli müdafiəçi Milan Şkrinyarın adı daha əvvəl "Qalatasaray"da hallanırdı. Milan Skrinyar bu mövsüm PSJ-nin heyətində 5 liqa oyununda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı