5 gün əvvəl Göyçayda su ilə dolu çənin partlaması nəticəsində yanıq xəsarətləri alan qadın vəfat edib.
Bu barədə Metbuat.az-a onun yaxınları məlumat verib.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Cəfərova Sevinc yaşadığı evin hamam otağında su ilə dolu çənin partlaması nəticəsində yanıq xəsarətləri almışdı. Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılmış və həkim nəzarətinə götürülmüşdü. Onun bədəninin 80% hissəsi tamamilə yanmışdı. Xəstə ixtisaslaşmış müayinə və müalicə məqsədilə Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilmişdi.
Davud Tarverdiyev