Ançelotti Ardaya görə sərt tənqid edildi - Ulduzları barışmır

UEFA Çempionlar Liqasının 7-ci həftəsində "Real Madrid"in evdə "Zalsburq"u 5:1 hesabı ilə məğlub etdiyi oyunda Karlo Ançelotti Arda Gülerə əsas heyətdə şans verməmişdi.

Metbuat.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşri Ançelottinin heyət seçimlərini tənqid edib. Məlumata görə, Arda 63-cü dəqiqədə oyuna daxil olub və təxminən yarım saat möhtəşəm oyun nümayiş etdirib. Seballosu əvəzləyən Ardanın oyunu ispan azarkeşlərin rəğbətini qazanıb. “Marca” matçdan sonra Ardanı tərifləyərək, Ançelottinin ona az şans verməsini tənqid edib. Xəbərdə Ardaya daha çox oyun vaxtı verilməsinin onun daha uğurlu oynamasına səbəb ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl də Arda Güler əsas heyətdə yer almadığı üçün Karlo Ançelotti tənqid edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı