"Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi

"Kəpəz" Malta millisinin futbolçusunu transfer edib.

Klubdan Metbuat.az-a verilən məlumata görə, Gəncə təmilçisi Trent Buhagiarla "6 ay + 1 il" müqavilə imzalayıb.

O, ampluaca yarımmüdafiəçi mövqeyində çıxış edir.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı