​“Qarabağ” gerilədi - UEFA reytinqi

Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi dəyişikliklərə səbəb olub.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə FCSB-yə 2:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 65-ci yerdə qərarlaşıb.

Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 63-64-cü yerləri bölüşən təmsilçimiz iki addım geriləyib. “Lion” və bunadək ağdamlılara şərik olan “Aston Villa” Azərbaycan çempionunu geridə qoyub.

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız - “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı