İmamoğlu barəsində istintaq başladıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Türkiyə Cinayət Məcəlləsinin 277 və 288-ci maddələri üzrə cinayət işi açıb.

İmamoğlunun bir mətbuat konfransında ekspertin adını vurğulaması ədliyyə orqanlarında çalışan şəxsin hədəfə alınması və ona təsir göstərilməsi kimi dəyərləndirilib. Bu səbəbdən baş prokurorluq müvafiq maddələr çərçivəsində prosesə başlayıb.

Bundan əlavə, Baş Prokurorluq mediada eyni mövzuda açıqlama verən şəxslərlə bağlı da zəruri qərarların qəbulu üçün İstanbul Polis İdarəsinə tapşırıq verildiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı