​“Google” Meksika körfəzinin adını dəyişir

“Google”, ABŞ Prezidenti Donald Trampın göstərişinə uyğun olaraq xəritələr tətbiqində "Meksika körfəzi"nin adını "Amerika körfəzi" olaraq dəyişdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Açıqlamada deyilir ki, şirkətin hökumətin rəsmi mənbələrində yenilənmiş ad dəyişikliklərini həyata keçirməsi ilə bağlı təcrübəsi var. Bildirilib ki, şirkət sözügedən dəyişiklik əmrinə əməl edərək, Meksika körfəzinin adını “Amerika Körfəzi”, Alyaskadakı Denali dağının adını isə “McKinley” olaraq dəyişdirəcək. Dəyişikliklərin ABŞ-də Coğrafi Adlar Sisteminin yenilənməsindən sonra həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Alyaskadakı Denali dağı 2015-ci ildə ABŞ-nin keçmiş prezidenti Barak Obama tərəfindən keçmiş ABŞ prezidenti Uilyam MakKinlinin şərəfinə "MakKinli dağı" adlandırılıb. Tramp da Şimali Amerikanın ən hündür zirvəsi olan və hazırda “Denali” kimi tanınan dağın adını keçmiş “McKinley” adı ilə dəyişdirəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı