Fələstinlilərin on minlərlə övladını şəhid olaraq verdiyi vətən müzakirə predmeti ola bilməz.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. Türkiyə-Pakistan Biznes Forumunda çıxış eedən Ərdoğan bildirib ki, Qəzzada Türkiyənin də töhfə verdiyi proses sayəsində müvəqqəti atəşkəs əldə edilib. Ərdoğanın sözlərinə görə, fələstinlilər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərkən İsrailin verdiyi vədləri yerinə yetirməməsi səbəbindən atəşkəs razılaşması dalana dirənib.

Ərdoğan bəyan edib ki, ərəb və İslam dünyası ittifaqı bu kritik dövrdə Qəzza xalqını tək və köməksiz qoymamalıdır. O, Türkiyənin yeni Nəkbənin qarşısını almaq üçün hər sahədə üzərinə düşəni etməyə davam edəcəyini ifadə edib.