NATO-nun baş katibi Mark Rutte Aİ ölkələrini Rusiya və ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqelərindən şikayət etməyi dayandırmağa çağırıb.
Metbuat.az xəbər verir ki, baş katib ölkələrə münaqişənin həlli üçün konkret həllər irəli sürməyi təklif edib:
“Avropalı dostlarımıza deyərdim ki, debatda iştirak edəndə konkret təkliflər və ideyalar irəli sürün, müdafiə xərclərini artırın, danışıqlar masasında olmamağınızdan şikayət etməyin”.