Bu gün xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasında yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.