"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"də işlədiyi vaxtdan bəri bir ilkə imza atıb.
Metbuat.az xəbər verir ki, Super Liqada son 7 oyununda qalib gələn Joze Mourinyo 2012-ci ildə “Real Madrid”in baş məşqçisi olduğu vaxtdan sonra ilk dəfə ardıcıl 7 liqa oyununda qalib gəlib. Həmçinin, Joze Mourinyo son səkkiz Super Liqa ev oyununda qalib gələrək, “Fənərbaxça”nın keçmiş baş məşqçisi Vitor Pereyranın uğurunu təkrarlayıb. Vitor Pereyranın 2015-2016- ci ildə ardıcıl səkkiz oyunda qalmişdi.
Mourinyo Pereyradan sonra bu uğuru əldə edən ilk əcnəbi məşqçi olub.