Tramp Zelenskini təhdid etdi - Ara qarışdı

Seçkiyə getməyən diktator Zelenski, tez hərəkət etsə yaxşı olar, yoxsa ölkəsini itirəcək.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə bəyanatla çıxış edib. Xarici KİV-lərin məlumatına görə, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına belə sərt reaksiya verib. Xəbərdə deyilir ki, bundan əvvəl Tramp Ukrayna əhalisinin 4 faizinin Zelenskini dəstəklədiyini irəli sürmüşdü. Zelenski isə buna, “Tramp Rusiyanın yaratdığı dezinformasiya məkanında yaşayır” - deyə cavab vermişdi. Zelenski Avropa liderləri ilə danışıqlarda onlara Avropadan güclü mesaj verildiyini və Böyük Britaniya da daxil olmaqla ölkələrlə daha çox danışıqların aparılacağını bildirib.

Zelenski vurğulayıb ki, danışıqlarda ABŞ-dən yardımın azalacağı və ya başqa bir vəziyyətin yaranacağı təqdirdə Avropanın Ukraynaya mümkün dəstəyi müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı