Çempionlar Liqasında Arda böhranı - "Real"dan ayrıl

UEFA Çempionlar Liqasında "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edən "Real Madrid" 1/8 finala yüksəlib.

Metbuat.az xəbər verir ki, türk futbolçu Arda Gülerin oyunda forma geyinməməsi futbolsevərlərin etirazına səbəb olub. Karlo Ançelotti “Real”ın üstünlüyünə baxmayaraq Ardanı meydana buraxmadığı üçün tənqid olub. Türkiyənin nüfuzlu idman şərhçisi Ömer Üründül də canlı yayımda buna sərt reaksiya verib. “Real Madrid” qarşılaşmada 3-0 öndə olarkən Ançelotti meydana Modriçi buraxıb. Bu qərar təkcə türk futbolsevərlər tərəfindən deyil, həm də beynəlxalq mətbuat və “Real Madrid” azarkeşləri tərəfindən də etirazla qarşılanıb.

İdman şərhçisi Ömer Üründül, “Matç 3-0 və 8 dəqiqə qalıb. Modriçi oyuna daxil etməyin nə mənası var? Bu matçda Arda Güleri oynatmırsan. Arda Gülerin mövsümün sonunda mütləq "Real Madrid"dən ayrılması lazımdır” - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı