​​Braziliyada nəhəng çuxurlara görə fövqəladə vəziyyət elan edildi

Braziliyanın Amazon bölgəsindəki Buriticupu şəhərindəki nəhəng çuxurlar yaşayış məntəqələri üçün problemlər yaradıb.

Metbuat.az xəbər verir ki, evlərin uçuruma sürüklənməsi riski səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib. Məlumata görə, şəhərdəki 55 min nəfərdən 1200-ü təxliyə edilə bilər. Bildirilir ki, nəhəng çuxurlara yağışların qumlu quruluşuna görə həssaslaşan torpağı tədricən aşındırması və tikinti zamanı meşələrin qırılması səbəb olub.

Qeyd edək ki, kütləvi torpaq eroziyaları Braziliyada “yeri yırtmaq” mənasını ifadə edən “voçoroka” kimi tanınır. Yerli dairələr problemləri aradan qaldırmaq üçün hərəkətə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı