Britaniya Rusiyaya ən böyük sanksiya paketini tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı 2022-ci ildən bəri ən böyük sanksiya paketini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, yeni sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını, Kremlyönlü oliqarxları və Rusiya ordusunun təchizatını dəstəkləyən maliyyə resurslarını əhatə edir. Bəyanatda deyilir ki, Rusiyaya qarşı 100-dən çox yeni sanksiyalar ölkənin hərbi gücünü zəiflətmək və Ukraynanı sülh üçün ən güclü mövqeyə qoymaq məqsədi daşıyır.

Açıqlamada sanksiyalar paketində Rusiya ordusunu hərbi və mülki materiallarla təmin edən üçüncü ölkələrin şirkətləri, Şimali Koreyadan Rusiyaya əsgər göndərdiyi iddia edilən yüksək səviyyəli şəxslər və Avropa texnologiyalarını Rusiyaya ötürdüyü iddia edilən 13 Rusiya təşkilatının olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı