Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Bu barədə Metbuat.az-a DTX-nın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.