Dövlət Xidmətinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib - FOTO

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib.

Bu barədə Metbuat.az-a SHXÇDX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı