Bu ərazilərdə qaz kəsildi

Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı