Oyuncaq tapança ilə mağazanı soydu - FOTOLAR

Türkiyədə bir nəfər oyuncaq tapança ilə yanacaqdoldurma məntəqəsində soyğunçuluq edib.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, əlində uzun lüləli tapança ilə stansiyanın mağazasına daxil olan şübhəli şəxs kassiri qorxudaraq kassadakı pulu götürüb qaçıb.

Təhlükəsizlik kamerası görüntülərini izləyən polislər müəyyən ediblər ki, şübhəli nömrəsi olmayan motosikleti park etdikdən sonra stansiyanın marketinə piyada daxil olub.

Hadisədən sonra eyni motosikletlə qaçan şübhəli evinə basqın zamanı saxlanılıb..


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı