Çempionlar Liqası ilə bağlı yeni proqnoz irəli sürülüb.
Metbuat.az xəbər verir ki, "Opta" nəşri superkompüteri Çempionlar Liqasında hansı klubun qalib olacağı ilə bağlı reytinqini yeniləyib. Yeni reytinqdə favorit dəyişməyib. Bundan əvvəl "Liverpul"un 17,2%-lə qalib olacağını proqnozlaşdıran “Opta” bu göstəricini 19,2%-ə yüksəldib. Turnirin ikinci favorit klubu “Barselona”nın qalib olmaq şansı isə 14,8% dəyərləndirilib. “İnter” klubu 14%-lə üçüncü yerdə qərarlaşıb. "Arsenal" 11,6%, "Real Madrid" 9,8%, PSJ 9,5%, "Bayer Leverkuzen" 5,4%, "Bavariya" 5,3%, "Atletiko Madrid" 4,2% və "Benfika" isə 1,3%-lə növbəti sıralarda qərarlaşıb.
Qeyd edək ki, suni intellektin proqnozuna görə, bu mövsüm Çempionlar Liqasını “Barselona” klubu qazanacaq.