Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında bildirib.

“Biz Azərbaycanla sülh danışıqlarının davam etdirilməsində və sülh müqaviləsinin bağlanmasında səmimi olaraq maraqlıyıq”, - o deyib.